Azərbaycan-Türkiyə Özəl Liseyləri

Şagirdlərlə görüş

Fevralın 16-da “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniç Gəncəyə səfəri çərçivəsində Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyində şagirdlərlə görüşüb. Görüş zamanı prof. A. Saniç şadirdlərə universitet, universitetin fakultə və ixtisasları haqında ətraflı məlumat verərək bildirib ki,  “Qafqaz” Universiteti inkişaf edərək ən irəlidə gedən universitetinə çevrilmişdir.  “Qafaz” Universiteti Azərbaycanımızın gələcəyi üçün yüksək bacarıqlı kadrları yetişdirilməsində və  onların gələcəkdə işlə təmin olunmasında böyük  işlər həyata keçirir. Görüş zamanı rektor şagirdləri maraqlandıran sualları da cavablandırdı.