
Fevralın 2-də Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində ziyalılarla görüş keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universitetinin prorektoru prof. Rafael Maçanov, Gəncə Dövlət Universitetinin Tarix kafedrasının müdiri prof. Həsənbala Sadıqov, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Menecment və Marketinq kafedrasının müdiri dos. Vahid Əhmədov, ADAU-nun Biznesin təşkili kafedrasının müdiri dos. Afiyəddin Həmidov, ADAU-nun Fəlsəfə kafedrasının baş müəllimi Piri Axundov iştirak ediblər. Dəyirmi masa arxasında keçirilən görüş zamanı Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyin müdiri Kenan Güzel qonaqlara liseyin fəaliyyəti, burada şagirdlər üçün hazırlanmış şərait, təhsildə əldə etdiyi nailiyyətləri eləcə də tətbiq olunan yeni tədris texnologiyalar haqqında ətraflı məlumat verib.
Sonra elm adamları təhsildə nailiyətlərin yüksəldilməsi üçün zəruri olan bəzi məsələləri müzakirə ediblər. Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin fəaliyyətindən, təhsildə qazandığı uğurlarından məmnun olduqlarını bildiriblər. Bundan sonra da təmsil etdikləri ali təhsil müəssisələrinin liseylə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildiriblər.
Sonda belə zəruri görüşü təşkil etdiklərinə görə liseyin rəhbərliyinə və bütün pedoqoji kollektivənə təşəkkürlərini bildiriblər.