
Yanvarın 15-də Qazaxstan Respublikasının Alma-Atı şəhərində məktəblilərin VIII Beynəlxalq Jautıkov fizika, riyaziyyat və informatika olimpiadası keçirilib. Azərbaycanı bu mötəbər olimpiadada Mingəçevir Özəl Türk Liseyinin 11-ci sinif şagirdlərindən fizika fənnindən Hacı Piriyev, informatika fənnindən Elmi Əhmədov və Bakı Özəl Türk Liseyinin şagirdi riyaziyyat fənnindən Şahin Hüseynli uğurla təmsil ediblər. Belə ki, şagirdlərdən H. Piriyev gümüş, Ş. Hüseynli və E. Əhmədov bürünc medallara layiq görülüblər. Ümumilikdə şagirdlər Vətənə 3 medalla dönüblər. Bu qələbə münasibəti ilə şagirdləri, valideynləri , Mingəçevir və Bakı Özəl Türk Liseyinin müəllim kollektivini təbrik edir və gələcək olimpiadada uğrlar diləyirik.
