
Xalqımızın qan yaddaşında silinməz izlərlə həkk olunmuş 20 yanvar faciəsinin 22-ci ildönümü “Dədə Qorqud” Özəl Türk Liseyində yad edilib. Tədbirdə o günün dəhşətini öz gözləri ilə görmüş Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstutunun Böyük Elmi İşçisi, Tarix üzrə Fəlsəfə doktoru Vaqif Abışov və Azərbaycan Milli Elmlər Akademiyası, Z. Bünyadov adına Şərqşüanaslıq İnstutunun Böyük Elmi işçisi, Tarix üzrə Fəlsəfə doktoru Cavid Qasımov çıxış edib. Natiqlər, 1990-cı il 20 Yanvar günündə xalqımıza qarşı törədilən faciənin tariximizdəki əhəmiyyəti və mahiyyəti barədə geniş çıxış edərək şagirdlərlə ətraflı məlumat veriblər. Daha sonra şagirdlərin suallarına cavab verən qonaqlar şagirdlərinin tariximizə olan marağı və diqqətindən məmnun olduqlarını bildiriblər. Konfransın sonunda liseyin müdiri Turan Güneri qonaqlara xatirə hədiyyəsi təqdim edib. Sonra hər il olduğu kimi “Dədə Qorqud” Özəl Türk Liseyinin bir qrup müəllim və şagird kollektivi şəhidlər xiyabanına gedərək çəhidlərin məzarlarını ziyarət ediblər.
