Ana Səhifə Ailə və Uşaq Təlim-Tərbiyə Mənəviyyat Ailə sağlığı
   | haqqımızda | əlaqə   
   

  Bağışlamağın fəziləti


...Qatar qəsəbəyə yaxınlaşanda həyacanı o qədər artmışdı ki, pəncərədən çölə baxmağa belə cəsarət edə bilmirdi.

 

Bir gün qatarla səyahət edən bir nəfər son dərəcə qəmgin, gənc bir adamın yanında oturmalı olur. Bir müddətdən sonra tanış olurlar, söhbət əsnasında həmin adam həbsxanadan yenicə çıxmış bir məhkum olduğunu bildirir. Sən demə, onun həbsə düşməsi ailəsini o qədər utandırıbmış ki, həbsdən çıxandan sonra onunla əlaqələrini tamamilə kəsmiş, doğma övladlarına heç olmazsa, bir cümləlik məktub belə yazmamışlar. Lakin o, valideyinlərindən incimir, kasıb olduqları üçün səfərə çıxa bilmədiklərini, savadsız olduqları üçün də məktub yaza bilmədiklərinə özünü inandırır, xəyalən bütün olub keçənlərə baxmayaraq artıq onu bağışladıqlarına ümid edirmiş.

Ailəsinin işini yüngülləşdirmək üçün özü onlara məktub yazıbmış. Məktubda qəsəbənin kənarında yerləşən fermaların yanından keçən dəmiryoluna baxan istiqamətdə bir işarə qoymalarını xahiş edibmiş. Əgər valideyinləri onu bağışlayıbsa, dəmiryolunun yaxınlığındakı alma ağacına ağ bir lent bağlayacaqlarmış. Əgər onun geri dönməsini istəmirlərsə, heç bir şey etməyəcək, o da məsələni anlayıb qatardan enməyəcək, Qərbə gedərək, bəlkə də, ömrünün sonunadək oralarda bir sərsəri həyatı sürəcəkdi.

...Qatar qəsəbəyə yaxınlaşanda həyacanı o qədər artmışdı ki, pəncərədən çölə baxmağa belə cəsarət edə bilmirdi. Kupe yoldaşı ilə yerini dəyişdirib onun əvəzinə alma ağacına baxmasını xahiş edir. Bir dəqiqə sonra kupe yoldaşı əlini məhkumluqdan yenicə azad edilmiş gəncin çiyninə qoyur.

– Ora bax! – deyir.

Adam qorxa-qorxa başını qaldırıb qatarın pəncərəsindən bayıra boylanır. Gördüyü mənzərə gözlərini yaşardır. Yanaqlarından aşağıya axan damlalar qatarın pəncərəsindən düşən günəş şüaları altında bərq vururdu. “Hər şey qaydasındadır. Alma ağacı ağappaq lentlərlə bəzənib.”

O anda ömrü zəhərləyən bütün ağrı-acılar bir anda yox olub gedir.

Bağışlamasanız, sevə bilməzsiniz. Sevgisiz həyat mənasızdır.

 

 

 

 

Orhan Aslan


     Bağışlamağın fəziləti
     Dəyərinizi bilin
     Daha bir kolleksiya...
     Övladım ibtidai məktəbdən əvvəl oxuyub-yaza bilirsə...
     Sevgi çiçəyi
 

Copyright © CAG  2005-2007   |  www.cag.edu.az