|

Misir
MƏRDANOV
Azərbaycan Respublikasının Təhsil naziri |
vv |
Yenilikçi təhsil ocağı
Azərbaycan pedaqoji ictimaiyyətinə
yenilikçi təhsil ocağı kimi tanınmış "Çağ" Öyrətim İşlətmələri Şirkətinin
yeni mətbu orqanı olan "Çinar" jurnalının nəşrə başlaması mühüm pedaqoji,
həmçinin elmi hadisədir. Məktəb pedaqoqikası və psixologiyasının aktual
problemlərinin həllinə yardım etməyi qarşısına məqsəd qoymuş kollektivi
çoxsaylı təhsil işçiləri adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Vəzifələrimiz aydındır. Bu vəzifələri Azərbaycan xalqının ümummilli lideri,
müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev müəyyənləşdirmişdir və
onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla
həyata keçirilməkdədir. Biz isə bu müqəddəs ideyaların, tapşırıqların və
tövsiyələrin gerçəkləşməsində ləyaqətlə çalışmalı, yeni Azərbaycana layiq
yeni insanlar yetişdirməliyik. Yeni insan isə müasir elmi biliklərə
yiyələnmiş, bu biliklər əsasında bacarıq və vərdişlər qazanmış, bilik,
bacarıq və vərdişlərini mənsub olduğu xalqın mənafeyi, insanlığın mənafeyi
naminə sərf edə bilən insandır.
Bu insanın yetişməsində dövlətimizin başçısı
cənab İlham Əliyevin atdığı addımları bütün xalqımız alqışlayır. Xüsusilə
bugünkü gənclik öz prezidentinin qayğısını, diqqətini hər an duyur, hiss
edir, görür və məmnunluqla qarşılayaraq qiymətləndirir. "Çinar" jurnalı
özünün yeni fəaliyyətini bu istiqamətə yönəltmiş, valideynləri pedaqoqika,
psixologiya, yaş fiziologiyası, hətta sağlıq və tibbi biliklərə
maarifləndirməyi qarşısına məqsəd qoymuşdur.
İnanırıq ki, Azərbaycan-Türkiyə
özəl liseyləri bu yeni təşəbbüsü ilə Azərbaycan və Türkiyə maarifçiləri
arasında daha bir körpünün salınmasına xidmət edəcəkdir. |